Birinci Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası "Bakı 2015"in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib. SİA-nın xəbərinə görə, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş "İdmançılar" bölməsinə daxil olmaqla əldə etmək mümkündür. Oyunların Təşkilat Komitəsindən bildirilib ki, həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.
Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.
İdmançıların bioqrafiyalarına bu keçidə daxil olmaqla baxa bilərsiniz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB