"Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti bəzi abonentlərə qarşı ciddi tədbirlər görməyə hazırlaşır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, söhbət işlədilən suyun müqabilində dövlətə olan borcun qaytarılmasından gedir. İndiki vəziyyətdə "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti satdığı suyun dəyərini yığmaqda problemlər yaşayır. Təkcə son bir ayda satılan suyun yalnız 60%-nin dəyəri toplanıb. Artıq reydlərə də start verilib və su pulunu ödəməyən abonentlərə suyun verilməsi dayandırılır. Bundan əlavə, su xətlərinə qeyri-qanuni qoşulmalar edən sakinlər də qanun çərçivəsində cərimələnəcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB