"Bakı 2015" TRT-də

Türkiyənin TRT haber telekanalı ""Bakı 2015" Birinci Avropa Oyunların həsr olunan geniş reportaj yayımlayıb. SİA-nın xəbərinə görə, reportajda Azərbaycanın qonaqpərvərliyi , "Avropa Oyunlarının" yüksək səviyyədə təşkil edilməsi qeyd edilir.

Bütün bunlarla yanaşı, reportajda Azərbaycanın tarixi məkanları, eyni zamanda Olimpiya məşəlinin Azərbaycan bölgələrinə aparılması vurğulanıb.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx da reportajda nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə