İyunun 7-də məşəl paytaxtda olacaq

Məşəlin paytaxta gələcəyi gün bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İyunun 7-də məşəl paytaxtda olacaq

İyunun 7-də I Avropa Oyunları məşəli Bakıya qayıdacaq və iyunun 12-də keçiriləcək açılış mərasimindən əvvəl Bakıda və yarışların keçiriləcəyi obyektlərdə beş gün ərzində tədbirlər təşkil olunacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən verilən məlumata görə, bu tədbirlərlə əlaqədar olaraq, məşəl Bakıya çatanda, xüsusilə də 7 iyun tarixində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məşəl bulvarda -Satko bərəsindən Qız Qalasınadək səyahət edəcək və bununla bağlı adı çəkilən yollar bağlı olacaq. Həmin gün saat 13:30-dan 00:15-dək Rixard Zorge küçəsindən Azadlıq prospektinədək,Üzeyir Hacıbəyli küçəsindən Zərifə Əliyeva küçəsindədək və bu küçədəndə Neftçilər prospektinədək olan yolda da məhdudiyyətlər olacaq.

Kövkəb Səfərəliyeva küçəsindən Azenft dairəsinə,Azneft dairəsindən isə Neftçi Qurban küçəsindək burdan isə Bayraq Meydanına qədər olan yolda hərəkət məhdudlaşdırılacaq. Sürücülər alternativ yol kimi İpək Yolu şosesi, İsiqlaliyyət, Şəmsi Bədəlbəyli, Nizami,28 may, Rəşid Behbudov, Mikayıl Müşfiq küçələrindən, Azadlıq və Azərbaycan prospektlərindən istifadə edə bilərlər.

Əlavə edə ki, qeyd edilən yollarda yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönləndirəcək və həmin ərazilərdə parklanma səhər saat 08:00-dan gecə 00:15-dək qadağan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə