“İlk Avropa oyunlarına səndə qoşul”

“İlk Avropa oyunlarına səndə qoşul”

03 iyun 2015-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatının fəallar yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaqda YAP Şəhər təşkilatının, İdarə Heyyəti, Şura üzvləri, Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri, Ərazi ilk partiya təşkilat sədrləri iştrak edib.

Yığıncaq YAP Gənclər Birliyi və "İki sahil" qəzetinin birgə təşkilatçılığı ilə keçirilən "İlk Avropa Oyunlarına səndə qoşul!" layihəsi çərçivəsində keçirilib. Yığıncaqda YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov qeyd edib ki, Mingəçevir YAP-çıları da bu layihəyə aktiv qoşularaq İlk Avropa Oyunları ilə bağlı partiya üzvləri və əhali arasında böyük diqqət və sevgi ilə geniş təbliğat işlərinin aparılmasını davam etdirirlər.

Yığıncaq iştrakçılarına müəyyən tövsiyələr verilib.

Eyni zamanda qeyd edilib ki, şəhər sakinləri Olimpiya oyunlarının Mingəçevirdə də keçirilməsinə görə böyük qürur və fərəh hissi keçirirlər. Buna görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və I Avropa Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri Xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Birinci Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının Mingəçevirdə keçirilməsi şəhərimiz üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Şəhərimiz demək olar ki, Avropa oyunlarına tam hazırdır. Partiya fəallarının, şəhərimizin sakinlərinin hər kəsin əsas vəzifəsi işlədiyi, yaşadığı, dincəldiyi yeri təmiz, səliqəli saxlamaq, yarışlarda tamaşaçı kimi fəal iştrak edib, milli komandamıza dəstək vermək, şəhərə gələn bütün idmançılara və qonaqlara qonaqpərvərliyimizi göstərməkdən ibarətdir. Bütün vətəndaşlarımız çalışmalıdır ki, Avropa oyunlarının iştrakçılarının hamısı Respublikamız və xalqımızın adət-ənənələri, tarixi və mədəni irsi ilə tanış olsunlar, vətənlərinə ən xoş təəsuratla qayıtsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə