İşsiz gəncləri dövlət qulluğuna necə cəlb etməli?

İşsiz gəncləri dövlət qulluğuna necə cəlb etməli?

Tərtərdə ali təhsilli işsiz gəncləri dövlət qulluğuna cəlb etmək məqsədi ilə tədbir keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə ali təhsilli işsiz gənclərlin dövlət qulluğuna cəlb etmək məqsədi ilə tədbir keçirib.

Dövlət qulluğuna qəbulun şərtləri ilə tanış olmaq və gənclərin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə keçirilən görüşdə çıxış edənlər ölkəmizdə işsizliyin aradan qaldırılması istiqamətində atılan uğurlu addımlardan danışıblar. Bildirilib ki, gənc mütəxəssislərin işlə təmin olunması istiqamətində belə görüşlərin keçirilməsi öz müsbət nəticəsini verir. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti və qarşısında duran vəzifələri, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və dövlət qulluğunun üstünlükləri barədə məlumat verilib.

Qeyd edək ki, görüşün sonunda Komissiyanın əməkdaşları gəncləri maraqlandıran sualları cavablandırıb və tədbir iştirakçılarına məlumat xarakterli bukletlər paylanıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə