Gülmalı Süleymanov: “Təbii fəlakətlərin artması iqlim dəyişmələri ilə bağlıdır” AÇIQLAMA

Gülmalı Süleymanov: “Təbii fəlakətlərin artması iqlim dəyişmələri ilə bağlıdır” AÇIQLAMA

"Qlobal iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri indi bütün dünyanı düşündürür. Qeyri-sabit hava şəraiti, daşqınlar tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində problemlər yaradır". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib.

Onun sözlərinə görə, iqlimin dəyişməsi prosesi təkcə Azərbaycanda deyil, bütün dünyada gedir: "Ancaq Azərbaycanda başqa ölkələrə baxanda vəziyyət bir az yaxşıdır. İqlimin dəyişməsinin səbəbləri çoxdur. Bunun həm təbii səbəbləri var, həm də bu məsələdə insan amili başlıca rol oynayır. Əsas səbəb propan qazının atmosferin yuxarı qatlarında yığılmasıdır. Bu qazlar günəş şüalarını yerə buraxır və yerdən qayıdan şüaları tutur, yəni yerdə artıq enerji qalır. Həmin o artıq enerji qeyri-bərabər paylanılır. Ona görə də bir yerdə istilər, başqa yerdə isə soyuqlar müşahidə olunur".

Mütəxəssis bu hadisələrin faydalı tərəflərində olduğunu bildirib: "Elə yerlər var ki, iqlim dəyişmələri o ərazilərə xeyirdir. Məsələn, Arktikada buzlar əriyir və yolllar açılır ki, bunun da iqtisadiyyata xeyri var. İqlim dəyişmələr həmişə olub. Tarixlər boyu buzlaşma dövrü də, kicik buzlaşma dövrü də olub. Bu, o qədər da qorxulu proses deyil. Sadəcə həmin şəraitə uyğunlaşma gedir. Şimal tərəfə aid olan sahələr daha çox iqlim dəyişikliklərinə məruz qalır, nəinki orta enlikdə yerləşən Azərbaycanda".

Milyana Həşimova

Bütün xəbərlər Facebook səhifəmizdə