Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "İlk Avropa Oyunlarına sən də qoşul!" layihəsi çərçivəsində birinci Avropa Oyunlarına dəstək məqsədi ilə bu möhtəşəm idman bayramı müddətində ölkəmizə gələcək əcnəbi turist və idmançılarla "Mədəni ünsiyyət və davranış qaydaları" adlı təlim keçirib. SİA-nın məlumatına görə, təlimdə YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, Baku European Operation Committee-nin (BEGOC) əməkdaşı Sevinc Ələkbərzadə, fəal gənclər və könüllülər iştirak edib.
YAP GB-nın sədri təlimdə çıxış edərək deyib ki, "İlk Avropa Oyunlarına sən də qoşul!" layihəsi çərçivəsində artıq bir neçə seminara yekun vurulub: "Bu gün isə növbəti seminarımızı keçiririk. Düşünürük ki, təlimdə iştirak edən gənclər mədəni ünsiyyət və etik davranış qaydalarını daha yaxşı mənimsəsələr, bu onların özləri üçün daha yaxşı göstərici olar. Çünki gələcəkdə Azərbaycanda Formula- 1 üzrə dünya və Şahmat üzrə Olimpiya çempionatı olacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Təbii ki, biz buna indidən daha yaxşı hazırlaşmalıyıq. Məqsədimiz odur ki, bir institut formalaşdıraq, gənclər arasında mədəni ünsiyyət və davranış qaydaları ilə bağlı təbliğat işləri aparaq. Bu gün dünyada ən müasir standartlara cavab verən idman qurğuları Azərbaycandadır".
Daha sonra Baku European Operation Committee-nin (BEGOC) əməkdaşı Sevinc Ələkbərzadə gənclərə İlk Avropa Oyunları zamanı ölkəmizə gələcək xarici qonaqlarla necə davranma, üsniyyət qurma qaydaları haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, təlimdə 80-ə yaxın gənc iştirak edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB