Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində "Azərbaycan-Odlar Yurdu" adlı tədbir təşkil edib. SİA-nın əldə etdiyi məlumata görə, Yena şəhərinin beynəlxalq mədəniyyət mərkəzində baş tutan tədbirə maraq olduqca böyük olub. Tədbirdə 100 dən artıq yerli və xarici tələbələr və sakinlər iştirak edib. Assosiasiyanın fəalları tərəfəndən hazırlanmış təqdimatda ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti haqqında geniş məlumat verilib. Azərbaycanın qədim musiqi irsi iştirakçıların nəzərinə çatdırılıb.
İyunun 12-si ölkəmizin paytaxtında başlayacaq Birinci Avropa Oyunları isə xüsusi qeyd olunub. Ölkəmizin Avropa oyunlarına hazırlıq mərhələləri və son durum xüsusi video çarxla nümayiş olunub. Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə azərbaycanlı, alman və digər ölkələrdən olan bir qrup gənc tədbirə üzərində Avropa Oyunlarının logosu əks olunmuş köynəklərdə qatılıb. Bu da tədbir iştirakçılarında geniş diqqət və maraq yaradıb.
Sonda tədbir iştirakçıları ölkəmizə həsr olunmuş stendlə tanış olublar və xüsusi Azərbaycan yeməklərindən (dolma , ləvəngi və s.) dadmaq imkanı əldə ediblər.

.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB