"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə ötən iki il ərzində dövlət qurumlarına təqdim edilən tövsiyələrin icra vəziyyətinin monitorinqinin nəticələri ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. SİA-nın məlumatına görə, hesabat 2013-cü ilin sentyabr ayından 2014-cü ilin sentyabr ayma qədər olan dövrdə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi, Ədliyyə Nazirliyi, "Azəriqaz" İB və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə keçirilən dəyirmi masalarda, eləcə də digər vasitələrlə hər birinə ayrı-ayrılıqda təqdim olunan tövsiyələrin icra vəziyyətinin monitorinqini əhatə edib.
Monitorinqin yekunları ilə bağlı keçirilən tədbirin açılışım edən "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı Direktoru Rəna Səfərəliyevamn sözlərinə görə, "Ötən dövr ərzində dövlət qurumlarında şəffaflığın təmin edilməsi və idarəetmənin daha səmərəli qurulması istiqamətində, xüsusilə də elektron alətlər vasitəsilə, xeyli uğurlu işlər görülüb. Lakin qeyri hökumət təşkilatları ilə fəaliyyətin əlaqələndirilməsi, şəffaflığın və hesabatlılığın təmin olunması, maliyyə xarakterli hesabatların açıq şəkildə təqdim olunması ilə bağlı bir sıra çatışmazlıqlar qalmaqdadır".
Monitorinqin yekununu təqdim edən "Şəffaflıq Azərbaycan" təşkilatınm Qrant Meneceri Zümrüd İsmayılova bildirib ki, təqdim olunan hesabat əlilliyi olan şəxslərin hüquqlarımn qorunması, vətəndaşların daha səmərəli sistemlə qeydiyyatdan keçməsi, istifadəçilərə qazın səmərəli təchizatı, daşınmaz əmlakın qeydiyyatı sahələrində ünvanlanmış tövsiyələrin həyata keçirilməsini təhlil edir. O qeyd edib ki, "Şəffaflıq Azərbaycan" tərəfindən verilmiş tövsiyələr bir neçə ümumi istiqamətə bölünüb.
Daha sonra hesabatda qeyd olunan dövlət qurumu nümayəndələri və eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirələr keçirilib. Dəyirmi masa Amerika Birləşmiş Ştatları Beynəlxalq İnhişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə "Şəffaflıq Azərbaycan" İB tərəfındən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin İctimai Müzakirələr komponenti çərçivəsində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB