Daha 1 kəndə qaz verildi

İyunun 4-də Kürdəmir rayonunun Garıs Əyribənd kəndinə ilk dəfə olaraq təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 190 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 886 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 190 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə