Kosmetik vasitələrin təhlükəsizliyi yoxlanılacaq

Kosmetik vasitələrin təhlükəsizliyi yoxlanılacaq

Nazirlər Kabineti 1993-cü il 1 iyul tarixli 343 saylı qərarı ilə təsdiq edilmiş "Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı"nda dəyişikliklər edib. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, bu məhsulların sayı artırılıb. Siyahıya kosmetika və parfümeriya məhsulları, tibbi reagentlər və kimyəvi reaktivlər də daxil edilib. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə