MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

İyunun 3-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda iştirak edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov quruma üzv olan ölkələrin Müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə