Emin Həsənli: “Tələb etməliyik ki, bayrağımıza xüsusi hörmət etsinlər” AÇIQLAMA
"Bəzi Beynəlxalq tədbirlərdə bayraqdan istifadə qaydasını görmüşük. Hər bir hökümət təşkilatı, qeyri-hökümət təşkilatı, kütləvi informasiya vasitələri birinci növbədə maraqlı olmalıdır ki, bayraqdan istifadə qanununa yüksək səviyyədə əməl olunsun". Bu sözləri SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Onun sözlərinə görə, bayraqdan istifadə qaydaları var və hər bir vətəndaş bu qaydalara riayət etməlidir. Bayraq uğrunda minlərlə vətəndaşımız canından keçib, bayrağa sevgi olmalı və bu sevgi gələcəyə aşılanmalıdır: "Bayraqdan istifadə qaydasını hər bir vətəndaş bilməli və yüksək səviyyədə riayət etməlidir. Stolun üstündə qoyulma qaydasından tutmuş, binanın üstündə asılmaya, tədbirlərdə, böyük otellərdə, salonlarda asılma qaydaları bənd-bənd yazılıb. Bu bəndlərin hər birinə riayət olunmalıdır və biz özümüz nümunə olmalıyıq. Ondan istifadə etməkdə digər qurumlar, təşkilatlar, dövlətlərdən də tələb etməliyik ki, onlar Azərbaycan bayrağına xüsusi hörmət etsinlər. Biz başqa dövlətlərin bayrağına etdiyimiz hörmət kimi, başqa dövlətlərin idmançıları da, vətəndaşları da bizim bayrağımıza hörmət etməyə borcludur. Bayrağımız hər hansı bir xarici dövlətdə səhv asılarsa, hörmətsizlik olunarsa, mütləq ona reaksiya verməliyik. Bayraq Azərbaycanın şərəf və ləyaqətinin, dinimizin və müasirliyin, çağdaşlığın rəmzidir. Onun uğrunda yüz minlərlə Azərbaycan oğulları canlarından keçib. Odur ki, hər birimiz bayrağımızı sevməliyik. Bayraq sevgisinə aid Ümummilli liderimiz Heydər Əliyevin də kəlamları var ki, bu kəlamlar Azərbaycan gəncliyinə yadigar qoyulub. Azərbaycanda bayrağa böyük sevgi var, o sevgidən qaynaqlanaraq bayraq günü var, bayraq meydanı var. Məhz buna görə də, bu sevgini gələcək nəsillərə aşılamalı, başqa dövlət vətəndaşlarından da öz bayrağımıza hörmətlə yanaşmalarını tələb etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB