“İrəli” İctimai Birliyi “Dostlarla Oyunlara!” başladı

“İrəli” İctimai Birliyi “Dostlarla Oyunlara!” başladı

"İrəli" İctimai Birliyi "DO!" – "Dostlarla Oyunlara!" kampaniyasına start verib. Kampaniyanın məqsədi uşaq evlərində mövcud idman infrastrukturunun təşviqinə dəstək, məhəllə idmanına olan sevgi və ruhu geri qaytarmaq, eyni zamanda, Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa oyunlarına dəstək verməkdir.

"İrəli" İctimai Birliyinin "Bakı-2015" ilk Avropa Oyunlarına dəstək çərçivəsində başladığı kampaniyaya 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə start verilib. Kampaniyanın ilk mərhələsində kimsəsiz uşaq evində tədbir təşkil edilib. Uşaqlara idman ləvazimatları hədiyyə olunub.

Bundan əlavə, paytaxtda müxtəlif məkanlarda və regionlarda səyyar şəkildə stendlər quraşdırılıb.

İstənilən şəxs hər gün saat 13:00-dan 21:00-a qədər stendlərə yaxınlaşaraq, hazırlanmış xüsusi qolbaqları əldə edib kampaniyaya qoşula bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə