Orta məktəbdə bu mövzuda qısametrajlı film nümayiş olunub
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə məqsədilə Hacıqabul rayonunun 3 saylı tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Hacıqabul Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun və digər əlaqədar qurumların nümayəndələri iştirak edib, narkotikin insan orqanizminə zərərindən və yaratdığı fəsadlardan danışıblar.
Tədbirdə "Narkomaniya - bəşəriyyətə bəla" mövzusunda qısametrajlı film nümayiş olunub, iştirakçılara "Narkomaniyaya yox deyək" adlı təqvim-broşürlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB