Aclığın qarşısını almaq üçün sadəcə yeməyə baxmaq kifayət edir. Rusiya KİV-ləri xəbər verir ki, alimlər siçanlar üzərində apardıqları eksperimentlərdən sonra bu nəticəyə gəliblər.
Onların fikrincə, baş beyində olan neyronların xüsusi tipi yemək istəyinin yaranmasını tənzimləyir. İnsanlar acanda onlarda neyronların fəallığı artır.
Tədqiqatçılar siçanlarda bu neyronların fəallığının necə dəyişməsini öyrəniblər. Məlum olub ki, heyvanlar yemək tapmayanda neyronların fəallığı yüksəlir. Ancaq siçanlar yemək görən kimi neyronların fəallığı kəskin şəkildə azalır. Ən maraqlısı odur ki, gəmiricilərdə bir müddət aclıq hissi aradan qalxır.
Tədqiqatçılar hesab edirlər ki, hətta neyronların fəallığının qısa müddətdə azalması pəhriz saxlayan insanlarda diskomfort hissi yaratmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB