Şirvanda dövlət-din münasibətləri ilə bağlı müzakirələr

Şirvanda dövlət-din münasibətləri ilə bağlı müzakirələr

Şirvan şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsinin din xadimləri ilə görüşü keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə dini qurumlarla iş üzrə dövlət komitəsinin Şirvan bölgəsinin şöbə müdiri Aydın Alıyev, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Hüsnü Həsənov, Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov, Şirvan şəhərinin axundu Hacı Əvəz Mehrəliyev iştirak ediblər.

Görüşdə "Dövlət-Din münasibətlərinin yaxşılaşdırılması və radikal dini cərəyanlara qarşı birgə mübarizə " mövzusunda fikir mübadiləsi aparılıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin din sahəsində gördüyü işlərdən danışılıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, göstərdiyi diqqəti və qayğı sayəsində respublikamızın hər bir bölgəsində yeni inşa olunan müasir dini ocaqların, məbədlərin, ziyarətgahların istifadəyə verilməsi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Din sahəsində görülən işlərin nəticəsində Azərbaycanda Dövlət və din arasında etibarlı münasibətlərin olması mövcuddur. Çıxış edən natiqlər Şirvan şəhərində də dövlət-din münasibətlərinin möhkəm əlaqələr çərçivəsində qurulduğunu və bundan sonrada dəyərlərimizin inkişafı üçün lazımı tədbirlərin həyata keçirilməsi vurğulanılıb.

Tədbir iştirakçıları gənclər arasında dini maarifləndirmə işinin daha yüksək səviyyəyə çatdırılmasından, dini radikalizmə qarşı mübarizənin qanun çərçivəsində genişləndirilməsindən danışıblar.

Şəhərin din xadimləri gənclərin dini maarifləndirilməsində daha fəal iştirak edəcəklərinə, dövlər-din münasibətlərinin yaxşılaşdırılmasında, qeyri- ənənəvi dinlərə qarşı mübarizədə dövlətimizə yaxından kömək edəcəklərinə əmin ediblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə