Güclü külək Bərdədə dağıntılar törədib FOTOLAR

Güclü külək Bərdədə dağıntılar törədib FOTOLAR

Güclü külək Bərdədə dağıntılar törədib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında başlayan güclü külək rayonda bir sıra dağıntılar törədib. Yerli sakinlərin verdiyi məlumata görə, rayonun Buəhmədli kəndində məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü tamamı ilə atıb. Bundan başqa kəndlərdə bir necə fərdi yaşayış evinin dam örtüyündə dağılıb. Bir neçə dəqiqə davam edən güclü külək irigövdəli ağacları və elektrik dirəklərini aşırdıb. Elektrik xətləri sıradan çıxdığı üçün enerjinin verilməsində uzun müddətli fasilələr yaranıb.

Qeyd edək ki, rayon FHK araşdırmalara başlayıb, dəymiş ziyanın miqdarı hesablanır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə