Tərtərin Evoğlu kəndinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirilib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, 20 ildən sonra kəndə mavi yanacaq verilib. Bu münasibətlə təşkil edilən tədbirdə çıxış edən rayon icra başçısı Müstəqim Məmmədov bildirib ki, kənddə 2160 nəfər əhalinin yaşadığını, 467 nəfər abonentin mənzilinə "mavi alov"un verildiyini, ərazidə birpilləli sistem əsasında 59000 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kəndə, 467 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.Qeyd edək ki rayonda digər kəndlərin qazlaşdırılmasıda davam edir.
Daha sonra rayon rəhbəri Müstəqim Məmmədov və kənd ağsaqqalı Eldəniz Əliyev "mavi alov"un açılışını bildirən rəmzi məşəli alovlandırıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB