Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu ölkəmizin xarici siyasətində təbliğat işinin aparılması istiqamətində daha bir layihə həyata keçirib. Baş Konsulluqdan SİA-ya verilən xəbərə görə, Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında, Qazaxıstanın ictimai həyatında görkəmli rol oynamış soydaşlarımıza həsr olunmuş sil-silə layihələr çərçivəsində "Uzun yol – həyat" (Долгая дорога – жизнь) kitabını rus və qazax dillərində nəşr etdirib. Baş konsulluğun sayca dördüncü olan bu kitab layihəsi, Aktau şəhərinin fəxri vətəndaşı, Qazaxıstan Respublikasının "Dostluq" ordeninə layiq görülmüş yeganə azərbaycanlı Cəmil Yədulla oğlu Həbibova həsr olunmuş və onun simasında Manqistau vilayətində yaşayan, Qazaxıstanın neft-qaz sənayesi və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərmiş azərbaycanlılar haqqında geniş tarixi məlumatlar yer alıb. Qazaxıstan Jurnalistlər İttifaqının üzvü Natalya Zadereskaya tərəfindən yazılmış kitab nəfis şəkildə və milli ornamentlər ilə tərtib olunaraq çap edilib. Azərbaycanın və Qazaxıstanın Manqistau vilayətinin tarixi keçmişini və müasir dövrünü əks etdirən kitab üç hissədən ibarətdir. Birinci fəsildə Gəncə şəhərinin qədim tarixi və memarlığı, müasir dövrü, Gəncədə doğulmuş və sonradan Qazaxıstana köçmüş soydaşımız Cəmil Həbibov haqqında məlumatlar və tarixi şəkillər yer alıb. Kitabın ikinci fəslində Manqistau vilayətində azərbaycanlıların fəaliyyətləri, vilayətin neft-qaz sənayesi və digər sahələrdə fəaliyyətləri, üçüncü fəsildə isə Azərbaycanın müasir dövrü, ölkəmizdə mövcud olan tolerantlıq və multikultiralizm, yaşayan az saylı xalqlar və sair mövzularda tarixi məlumatlar və foto şəkillər öz əksini tapıb.
Kitaba "Türksoy" Beynəlxalq Türk mədəniyyəti Təşkilatının baş katibi, professor Dyusen Kurabayeviç Kaseinov, Manqistau vilayət akimi (qubernatoru) texniki elmlər namizədi Alik Serikoviç Aydarbayev ön söz yazıblar.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən 28 may - Respublika günü ilə bağlı Aktau şəhərinin "RENEISSANSE-AKTAY" otelində keçirilmiş rəsmi qəbul çərçivəsində "Uzun yol – həyat" (Долгая дорога – жизнь) kitabının təqdimatı keçirilib. Təqdimatda Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov çıxış edərək, həyata keçirilən layihənin Qazaxıstanda yaşayan soydaşlarımızın Qazaxıstanın inkişafında verdiyi önəmli rolunu göstərməklə yanaşı, Azərbaycan və Qazaxıstanın təbliği, tanıdılması, iki ölkə arasında əlaqələrin inkişafında əhəmiyyətindən danışdı və kitabın yazılmasında əsas məqsədin iki dost ölkə və xalq arasında olan bağlılıqlarının, əməkdaşlıq əlaqələrinin geniş oxucu kütləsinə çatdırılması məqsədini daşadığını qeyd edib.
Daha sonra, kitabın müəllifi Qazaxıstan Jurnalistlər İttifaqının üzvü Nataliya Zadereskaya, Aktau şəhərinin fəxri vətəndaşları Kikbay Rzaxanov, Mendeş Salixov və həmçinin kitabın baş qəhrəmanlarından olan soydaşımız Cəmil Həbibov çıxış ediblər.
Sonda Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov tərəfindən Qazaxıstanda fəaliyyət göstərən və layihənin həyata keçirilməsində itrirak etmiş Azərbaycan şirkətləri Baş konsulluğun Fəxri fərmanları ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB