DET-AL ticarət əlaqələrini genişləndirir FOTO

DET-AL ticarət əlaqələrini genişləndirir FOTO

Müəssisə istehsalın keyfiyyət və kəmiyyətini artırmaqla məşğuldur. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, elektroliz, fasiləsiz metaltökmə və yayma, təzyiqlə emal və boyama zavodlarından ibarət DET-AL Alüminium Kompleksində ildə 56 min ton məhsul istehsal olunaraq Polşa, İtaliya, Türkiyə, Asiya və Yaxın Şərq ölkələrinə ixrac edilir.

DET-AL" Alüminium zavodunun icraçı direktoru Yalçın Camalov bildirib ki, istehsal fəaliyyətimizin genişləndrilməsilə məşğuluq:"İstehsal çeşidlərini artırırıq. Avropa bazarlarına, Rusiya və Belarusa satışlarımız var. Satış həcmlərimiz artır. Məqsədimiz müştəri məmnuniyyətini əldə etmək və istehsal etdiyimiz məhsulun keyfiyyətini hər keçən gün daha da artırmaqdır. Bununla bağlı zəruri tədbirlər, treninqlər təşkil edirik. Mühəndis və operatorlarımızın istehsal təcrübələrinin artırılması ilə məşğul oluruq.

Qeyd edək ki, ən yüksək texnoloji, ekoloji və keyfiyyət standartlarına cavab verən bu ağır sənaye müəssisəsində ötən il 50 min ton külçə, 6 min ton isə alüminium yarımfabrikat məhsulları istehsal olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə