Gəncədə fəaliyyət göstərən 4 dairə seçki komissiyalarında seçicilərin siyahıya alınması başa çatıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası üzrə seçicilərin siyahıya alınması zamanı 31 min 943 seçici qeydiyyata alınıb. Bu seçicilərdən 51,2 faizi qadın, 48,8 faizi isə kişidir. Seçicilərin sayı isə ötən illə müqayisədə 238 nəfər artıqdır. 38 saylı Nizami ikinci seçki dairəsinin dairə seçki komissiyasında da seçicilərin siyahıya alınması seçki məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilib. Dairənin tərkibinə daxil olan 24 məntəqə üzrə bütün seçicilər siyahıya alınıb. 39 saylı Kəpəz birinci seçki dairəsinin dairə seçki komissiyasında seçicilərin sayı ötən illə müqayisədə 1125 nəfər artıb. Bu da Gəncədə fəaliyyət göstərən digər dairələrə nisbətən çoxdur. 40 saylı Kəpəz ikinci seçki dairəsinin dairə seçki komissiyasında isə 30 məntəqə üzrə bütün seçicilərinin sayı 41 min 904 olub. Bu da müvafiq dövrlə 217 nəfər çoxdur. Bildirək ki, seçki məcəlləsinin 46-cı maddəsinə müvafiq olaraq seçicilərin siyahıya alınmasına yanvar ayının 1-dən başlanılıb. Bu proses may ayında başa çatıb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB