Müdafiə naziri MDB Nazirləri Şurasının iclasına qatılacaq

Müdafiə naziri MDB Nazirləri Şurasının iclasına qatılacaq

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 3-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə