İntellektual oyunun qalibləri ilə görüş keçirilib FOTO

İntellektual oyunun qalibləri ilə görüş keçirilib FOTO

Nə? Harda? Nə zaman? intelektual oyunun qalibləri ilə görüş keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən Gəncədə fəaliyyət göstərən Ali təhsil ocaqları, kolleclər, müxtəlif özəl qurumlar və Qeyri Hökumət Təşkilatları arasında təşkil olunan Nə? Harda? Nə zaman? intellektual oyunun qalibi olan aqrar universitetin tələbələri ilə ali təhsil ocağının müəllim və professor heyəti ilə görüşü keçirilib. Görüşdə universitet rəhbərliyi əldə olunan qələbə münasibəti ilə komanda üzvlərini təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.

Tədbirdə qeyd olunub ki, bu kimi uğurlar silsilə xarakterli olmalıdır. Qeyd edək ki, bilik yarışı 18-29 yaş olmaqla 15 komanda arasında keçirilib. Görüşün sonunda komanda üzvlərinə qiymətli hədiyyələr və pul mükafatları verilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə