“Ənənəvi İslam dəyərləri və müasirlik” VİDEO

“Ənənəvi İslam dəyərləri və müasirlik” VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda regional konfrans işə başlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, tədbirdə Bərdə və Ağdam rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar, həmçinin, Milli Məclisin deputatı iştirak ediblər. Tədbirdə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev maarifləndirmə məqsədilə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışıb. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.

O qeyd edib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır.: "Çünki İslam dini haqqında yanlış məlumatlar insanların düşüncələrində mənfi fikir yaradır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı və bu işlər davam etdirilməlidir".

Konfransda iştirak edən Milli Məclisin deputatları Zahid Oruc və Govhər Baxşəliyeva ölkəmizdəki dövlət-din münasibətlərindən, dövlətin dinə qayğısından danışaraq dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Sonra konfrans işini plenar iclaslarda davam etdirib.

"Dini müxtəliflik: birgəyaşayışın harmonik vəhdəti kimi" mövzusunda keçirilən birinci plenar iclas DQİDK sədrinin birinci müavini Gündüz İsmayılov moderatorluğu ilə baş tutub.

İkinci plenar iclas Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği" mövzusunda keçirilib. Tədbirdə çıxış edənlər "Milli-mənəvi dəyərlər və milli maraqlar" mövzusunda çıxış edib.

Qeyd edək ki, iyun 3-də regional konfrans işini plenar iclaslarda davam etdirəcək. İclasın mövzusu Ənənəvi dini dəyərlərimiz və gənclik olacaq.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə