ATGTİ üzvləri II Sammitdə iştirak ediblər

ATGTİ üzvləri II Sammitdə iştirak ediblər

27-31 may tarixlərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müşaviri Nurxan Babayev və Azərbayan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov İran İslam Respublikasında Xəzəryanı ölkələri Gənclərinin II Sammitində iştirak ediblər. SİA-nın məlumatına görə, səfər çərçivəsində tədbir iştirakçıları İran İslam Respublikasının Gənclər nazirinin müavini, sektor müdirləri və bir çox rəsmilərlə görüş keçirmişdir. Tədbirdə ölkəmizlə bərabər Rusiya, Qazaxıstan, Türkmənistan və İran nümayəndə heyyətləri iştirak edib. Tədbirin əsas məqsədi Xəzəryanı ölkələrin gəncləri arasında dostluq əlaqələrinin güclənməsi, gənclər təşkilatları arasında təcrübə mübadiləsinin aparılması idi. Tədbirdə nümayəndələrimiz iştirakçılara Azərbaycan gənclər siyasəti, gənclər sahəsində görülən işlər və ATGTİ haqqında məlumat veriblər. Sammitin sonunda rezolusiya hazırlanıb, baxılması və imzalanması üçün hər bir ölkənin nazirliyinə təqdim edilib .

Xatırladaq ki, ilk sammit keçən il Həştərxanda keçirilib və iştirakçı ölkələrin Prezidentləri də sammitdə iştirak edib.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Rəşad Musayev, Bakı Gənclər Klubunun sədri Azər Cavadov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Xədicə Damadayeva iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə