Mehmanxanalar turistləri qəbul etmək üçün hazırdır

Mehmanxanalar turistləri qəbul etmək üçün hazırdır

Tarixdə ilk dəfə keçiriləcək və ölkəmizdə təşkil olunacaq "Bakı-2015" ilk Avropa Oyunlarına hazırlıq mədsədilə paytaxtımızda ciddi işlər həyata keçirilir. Artıq Bakıda turistlərinin sayının kəskin şəkildə artdığının şahidi oluruq. Xarici vətəndaşların sayının çoxalması isə otellərin məsuliyyətini daha da artırır. Şəhərimizdə fəaliyyət göstərən 5 ulduzlu otellərin "Bakı-2015"ə hazırlığından bir neçə dəfə reportajlar hazırlamışıq. Bu dəfə isə 4 ulduzlu otellərin apardıqları işləri öyrənmək məqsədilə "Ayf Palace Hotel" mehmanxanasının meneceri İlqar Əsgərovla əlaqə saxladıq. O, sözügedən otelin ölkəmizdə keçiriləcək möhtəşəm idman tədbirinin qonaqları üçün xüsusi hazırlıq işləri həyata keçirdiyini qeyd etdi: "Ayf Palace Hotel" Azəraycanda baş tutacaq "Bakı 2015" ilk Avropa Oyunlarına hazırdır. Artıq I Avropa Oyunlarına gələn qonaqlardan bir neçəsi bizim oteli seçib. Turistlər üçün 16 otaq ayırmışıq. Onlar mehmanxanamızda yerləşən restoranımızdan da yararlana bilərlər. Otelimizdə qonaqlara Avropa mətbəxinin yeməkləri təqdim olunur. Ümid edirik ki, qonaqlarımız bizdən razı qalacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə