Əli Əhmədov əlillərə göstərilən xidmətin vəziyyəti ilə tanış olub

Əli Əhmədov əlillərə göstərilən xidmətin vəziyyəti ilə tanış olub

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və ƏƏSM naziri Səlim Müslümov Nazirliyin bir sıra obyektlərində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin vəziyyəti ilə yaxından tanış olublar. İlk növbədə ƏƏSMN-in sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinə gələn tədbir iştirakçıları mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiyasının təşkili, onların təminat vəziyyəti ilə yaxından tanış olub, peşə təlimində olan gənclərlə görüşüblər.

Qeyd edək ki, tədbir davam edir.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə