1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü Gülabatlı kənd körpələr evi-uşaq bağçası əsaslə təmirdən sonra acılışı olub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Daha sonra təşkil edilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları təbrik edərək, yeni bağçaya xeyir-dua verib. Bildirib ki, Respublikamızın hər yerində olduğu kimi Tərtərdə də uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Rayonunda 34 tam, 10 ümumi orta, 2 ibtidai məktəb, 28 körpələr evi-uşaq bağçası, 4 məktəbdən kənar müəssisə - şahmat, idman, uşaq musiqi məktəbləri və uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Hazırda şəhərdə 2 yüz yerlik körpələr evi - uşaq bağçası, müasir tipli şahmat məktəbi, olimpiya idman kompleksi tikilir, yaşayış evlərinin həyətlərində salınan "Nümunəvi məhəllə"lərdə uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Bütün bunlar uşaqların sağlam və mükəmməl böyümələrinə xidmət edir. Güləbatlı kənd körpələr evi-uşaq bağçası 1992-ci ildə tikilib. 20 ildən coxdur ki, təmir edilməyən baxca tamamı ilə qəzalı vəziyətə düşmüşdü. Rayonun daxili büdcəsi hesabına yenidən əsaslə təmir edilən bağcada hər cür şərait yaradılıb, müasir avadanlıqlarla təmin edilib. İndi müasirliyi ilə secilən baxca burada çalışan kollektivin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına təkan verəcək.
Acılış mərasimində iştirak edən qonaqlar və rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rəmzi lenti kəsib. Qonaqlar əsaslı təmirdən sonra bağçanın şəraiti ilə tanış olublar.
Tədbir bayram şənliyi ilə davam etdirildi. Uşaq Yaradıcılıq Mərkəzinin "Cücələrim" rəqs qrupunun ifaları, uşaqların oxuduqları mahnılar, söylədikləri şeirlər tədbirə bir xoş əhval-ruhiyyə gətirib.
Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən uşaqlara hədiyyələr paylanıb.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB