1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə Xəzər rayon Mərdəkan qəsəbəsində ki, Heydər Əliyev adına istirahət parkında Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə açıq havda tədbir keçirilib. SİA-nın xəbərinə görtə, tədbirdə millət vəkili Rauf Əliyev, Rayon icra Hakimiyyətinin başçısının müavini A.Balayev, RİHB-ı Aparatının şöbə müdirləri və 200 nəfərdən çox uşaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər qonaqlar uşaqları bayram münasibətilə təbrik edib, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan söz açıblar.
Daha sonar tədbirdə uşaqların ifasında mahnılar səslənib, şeir deyilib və rəqs nömrələri təqdim olunub. Tədbir tanınmış sənət adamlarının ifası və uşaqların coşqusu ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB