Bərdə rayonunda kəndlərin qazla təmin olunması üçün görülən işlər davam edir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Böyük Qəcər kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə kənddə açılış mərasimi keçirilib. Mərasimdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayev, millət vəkili Zahid Oruc, Azəriqaz İstehsalat Birliyinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılışda rayon rəhbəri, millət vəkili Zahid Oruc və digər natiqlər çıxış edərək, kənd sakinlərini qazın verilməsi münasibətilə təbrik edib və xalqın yaşayış rifahının yaxşılaşdırmaq üçün görülən işlərdən söz açıblar .
Bildirilib ki, rayonun ilk dəfə mavi yanacaqla təmin olunan yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7749 metr olan, müxtəlif diametrli metal borularla daşıyıcı daxili qaz xətləri çəkilib.
Qeyd edək ki, 74 evə qaz sayğacları quraşdırılıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB