"Mən bu gün mətbuat orqanlarında bayrağın istifadə qaydası, idmançıların onu başı üzərinə qaldırması qaydasını gördüm. Bu çox lazımlı bir məsələ idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisinin deputatı Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, mətbuat bayrağın istifadəsi ilə bağlı məsələni qabartmaqla önəmli addım atıb. İnsanlar dövlət rəmzlərinin istifadəsi ilə bağlı məlumatlı olmalıdır: "Mətbuata təşəkkür edirəm ki, bu məsələləri qabartdılar. İdman başlayana qədər olan bu 12- 13 gün müddətində mənə elə gəlir ki, bu istiqamətdə işi gücləndirmək lazımdır. Sadəcə ola bilər ki, bir insanda vətən sevgisi, onun rəmzlərinə sevgi olsun, amma onun istifadə qaydasını bilməsin bu da təbii ki utandırıcı hal ola bilər. Ona görə də bayrağın qaldırılmasında, rənglərin, çalarların hansının öndə olması və ay- ulduzun hansı formada, hansı tərəfinin ön tərəfə tutulması önəmli bir məsələdir. Bu istiqamətdə mətbuatın artıq dünən və bu gün apardığı maarifləndirici işini təqdirəlayiq hesab edirəm".
Millət vəkili onu da qeyd edib ki, xaricilər qarşısında davranışımızla nümunə olmalıyıq. Bu, təkcə bir nəfərin deyil, bütün insanların üzərinə düşən bir məsuliyyətdir: "Bizim hər birimiz davranışımızla, əcnəbilərlə söhbət etməyimizlə elə bir nümunə göstərməliyik ki, Azərbaycandan gedən hər bir əcnəbi Azərbaycan xalqı haqqında yüksək dərəcədə müsbət fikirlərlə getmiş olsun. Ona görə də, hər birimizin üzərinə məsuliyyət düşür. Bu, təkcə dövlətin və dövlət orqanlarının məsuliyyəti deyil. Hər bir vətəndaş bir hərəkəti ilə ya müsbət, ya da mənfi imic formalaşdıra bilər. Biz çalışmalıyıq ki, müsbət imici formalaşdıraq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB