Cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib

Cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar fərdi qaydada qəbul edilmiş, onlarla konfidensial şəraitdə söhbətlər aparılmış və müraciətləri yerində araşdırılıb.

Məhkumlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilmiş, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Habelə CÇM-in yenidən qurulan və tikilməkdə olan tibb-sanitar hissəsinə və digər obyektlərinə baxışlar keçirilmiş, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə