Mayın 26-27-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasının və Gürcüstanın Sosial Xidmət Agentliyinin təşkilatçılığı ilə "Pensiya və sosial sistemlərin idarə olunmasında informasiya texnologiyalarının rolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Dövlət SOsial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev və Aparatın Fərdi uçotun təşkili şöbəsinin məsləhətçisi Maqsud Həsənov iştirak ediblər.
Zakir Babayev konfransda "Əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi sığorta-pensiya sisteminin Azərbaycanda aparılan islahatlarının mühüm tərkib hissəsidir" adlı təqdimatla çıxış edib. Təqdimatda həyata keçirilən islahatların nəticəsi olaraq vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən və müasir çağırışlara cavab verən sığorta-pensiya sisteminin özəlliklərindən danışılıb və bu sistemin normal fəaliyyət göstərməsində informasiya-kommunukasiya texnologiyalarının rolu xüsusi qeyd olunub. Dövlət Sosial Müdafiə Fondunun sığortaolunanlara, sığortaedənlərə və pensiyaçılara Elektron Hökumət Portalı, Hökumət Ödənişlər Portalı və DSMF-nin rəsmi "veb" səhifəsi vasitəsilə göstərilən elektron xidmətlər barədə məlumat verilib, Fondun bütün fəaliyyət istiqamətləri üzrə işlərin tam avtomatlaşdırılması məqsədilə geniş spektrdə işlərin görüldüyü vurğulanıb.
Konfransın gedişi zamanı Rusiya Federasiyasının, Qazaxstanın, Qırğızıstanın və Tacikistanın sosial sığorta və pensiya qurumlarının nümayəndələri ilə ikitərəfli maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Xalqımızın əziz bayramı - 28 May Respublika Günündə Fondun nümayəndə heyəti qazaxıstanlı həmkarları ilə birlikdə Tbilisi şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB