Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) BMT-nin Gənclərin inkşafı üzrə Dünya fəaliyyət proqramının 20 illiyi münasibəti ilə təşkil olunmuş YouthNow kampaniyasında iştirak edib. SİA-nın məlumatına görə, bu kampaniya çərçivəsində 20 il ərzində BMT-nin Gənclərin inkşafı üzrə Dünya fəaliyyət proqramı çərçivəsində görülmüş işlər, müxtəlif ölkələrdə gənclər siyasəti, qlobal gənclər şəbəkələşməsi ilə bağlı müxtəlif layihələr həyata keçirilib.
ATGTİ YouthNow kampaniyası çərçivəsində nəzərdə tutulmuş istiqamətlərdən biri olan sosial şəbəkələrdə #YouthNow həştəqi ilə Azərbaycan gənclər siyasəti, bu sahədə görülmüş işlər və əldə edilmiş uğurlar barəsində məlumatlar yayımlayıb. Həmçinində ATGTİ tərəfindən YouthNow kampaniyası çərçivəsində həyata keçiriləcək layihələr müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB