"Jewish Journal” nəşrində Azərbaycan

"Jewish Journal” nəşrində Azərbaycan

ABŞ-ın " Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin "Azərbaycan və Amerika yəhudiləri möhkəm əlaqələr qururlar" sərlövhəli məqaləsi dərc olunub (http://www.jewishjournal.com/mountain_jews_of_azerbaijan/item/azerbaijan_and_u.s._jews_building_powerful_bonds).

Məqalədə yəhudilərin ən qədim icmalarından birinin vətənindən – Azərbaycandan danışılır. M.Yevdayev Azərbaycan ilə Los-Ancelesin yəhudi icmaları arasında mədəni mübadilədən, o cümlədən Sinay Məbədindən Keri Lermanın və Piko Şulya sinaqoqundan ravvin Yona Bukştaynın Bakıya səfərindən söz açıb. O bildirib ki, belə səfərlər ölkələrimiz arasında mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına və möhkəmlənməsinə xidmət edir.

Müəllif sonda qeyd edir ki, əsrlər boyu müxtəlif ölkələrdə təqiblərə məruz qalan yəhudilər tolerant Azərbaycanda həmişə rahat yaşayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə