Dostluq Parkında ağacəkmə aksiyası keçirilib FOTOLAR

Dostluq Parkında ağacəkmə aksiyası keçirilib FOTOLAR

Bu gün Dostluq Parkında Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. SİA-nın məlumatına görə, Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınan yaşıllıq zonasında qeyri-qanuni şəkildə tikilmiş villalar sökülərək həmin əraziyə yenidən park salınıb.

Parkın salınmasında Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan bütün idarə və təşkilatların 2 mindən çox işçisi iştirak edib. İməcilikdə 10 minə yaxın ağacın əkilməsi hədəflənib. Ağacəkmə aksiyasında iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə verdiyi açıqlamasında qeyd edib ki, ağacəkmə prosesi hər həftə davam edəcək. Əlimizdən gələni edəcəyik ki, dostluq parkının əvvəlki görkəmini yenidən bərpa edək. Əkilən ağaclar su xətləri çəkilənə qədər maşınlar vasitəsilə suvarılacaq. Çalışacağıq ki, Bakı şəhərində yaşıllıq ərazilərin sayını çoxaldaq.

Bütün xəbərlər Facebook səhifəmizdə