"İrəli" İctimai Birliyi və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, HUNTSMAN Atıcılıq Klubu və Olimpik Tir Klubun dəstəyi ilə 28 May Respublika gününə həsr olunmuş "Gənclər Təşkilatları arasında Atıcılıq Turniri" keçirib. SİA-nın məlumatına görə, turnirin məqsədi Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarına dəstək olaraq gənclər arasında idmana marağın artırılması, gənclərin hərbi vətənpərvər ruhda tərbiyələnməsini aşılamaq idi.
Turnirdə 30-a yaxın gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.
Açılışda "İrəli" İB-nin sədri Mirhəsən Seyidov layihənin mahiyyəti haqda geniş məlumat verib. Eyni zamanda Azərbaycan Atıcılıq Federasiyasının vitse prezidenti Rasim Rzayev iştirak edərək layihə iştirakçılarına uğurlar arzu edib.
Qeyd edək ki, Turnir Olimpik Tir Klubda keçirilib.İlk üç yerin sahibləri mükafatlandırıblar. Birinci yerə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pəhanov, ikinci yerə Azərbaycan İnkişaf Mərkəzinin sədri Heydər Atayev, üçüncü yerə isə Dünya Türk Gənclər Birliyinin nümayəndəsi Eyvaz Daşdəmirov layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB