28 May - Respublika Günü münasibətilə gənclər təşkilatları arasında atıcılıq turniri keçirilib. Turnir "İrəli" İctimai Birliyinin, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, "Huntsman" atıcılıq və "Olimpik" tir klublarının dəstəyi ilə təşkil olunub.
"İrəli"dən bildiriblər ki, turnirin məqsədi ilk dəfə keçiriləcək Avropa Oyunlarının dəstəklənməsi, idmanın bu növünə gənclərin marağının artırılması, onların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.
Yarışın açılışında İctimai Birliyin sədri Mirhəsən Seyidov və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev turnir haqda məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
Otuza yaxın gənclər təşkilatının rəhbərlərinin və təmsilçilərinin mübarizə apardıqları turnirdə ilk üç yerin sahibləri mükafatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB