"Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə imicini daha da yüksəldəcək"
İyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə imicini daha da yüksəldəcək. Avropa Oyunları həm də bir daha sübut edəcək ki, Azərbaycan böyük layihələrin öhdəsindən asanlıqla gələ bilən ölkədir.
Bu fikirləri Londonun lord-meri Alen Yarou Azərbaycana səfəri ərəfəsində xüsusi müxbirinə məxsusi müsahibəsində söyləyib.
Alen Yarou bildirib ki, "Bakı-2015" dünyada Azərbaycana olan etimadı daha da artıracaq. Birinci Avropa Oyunları həm də beynəlxalq ictimaiyyətin Azərbaycanı yenidən kəşf etməsi, ölkənin malik olduğu potensialı yaxından görməsi baxımından böyük fürsət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB