Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunlarına görə şəhərimizdə ciddi hazırlıq işləri gedir. Belə ki, qonaqların və şəhər sakinlərinin rahat şəkildə istirahət etmələri üçün əyləncə mərkəzlərinin, restoranların, otellərin və digər sahələrin sahibkarları əllərindən gələni edirlər. SİA-ya açıqlama verən "Araz Hotel"in inzibatçısı Ramin Məmmədov mehmanxaları haqda ətraflı məlumat verib: "Təbii ki, bütün otellər kimi biz də "Bakı-2015" ilk Avropa Oyunlarına hazırlaşırıq. Avropa Oyunlarına sayılı günlər qalsa da hazırda otelimizdə boş otaqlar yoxdur. Onu da deyim ki, mehmanxanamız 3 mərtəbədən ibarətdir: I mərtəbə qonaqların qəbulu, qeydiyyat (reseption) və s. işlərlə bağlı ayrılıb. II və III mərtəbələrdə isə tam komfortlu otaqlarımız yerləşir. Xüsusi ilə vurğulayım ki, 3 ulduzlu "Araz Hotel"in ləziz mətbəxi də var. Əsasən milli xörəklərə üstünlük veririk. Qiymətlərimiz 40-80 manat arası təşkil edir. Düşünürük ki, "Bakı-2015" gələn turistlər və yerli sakinlər otelimizi seçdiklərinə görə peşman olmayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB