Uşaqlar Avropa Oyunlarına dəstək verdilər FOTO

Uşaqlar Avropa Oyunlarına dəstək verdilər FOTO

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi "1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü"münasibətilə Ağcabədi rayonunda "Uşaqlardan Birinci Avropa Oyunlarına dəstək" adlı şahmat turniri keçirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, açılış mərasimində çıxış edənlər turnirin əhəmiyyətini vurğulayaraq, idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasətin bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələndiyini bildiriblər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi buna əyani sübutdur. Bu nüfuzlu tədbirə uşaqdan böyüyə hər bir kəsin dəstək verməsi vacibdir.

Daha sonra Ağcabədi rayon Uşaq-Gənclər Şahmat məktəbində turnirə start verilib. Gərgin keçən mübarizədə Həsənzadə Əsmər Nizami qızı 1-ci yerin, Emilov Emil Ramil oğlu 2-ci yerin və Abbaszadə Elşad Rəşad oğlu 3-cü yerin qalibi olub.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə