Bu yolda tıxac var DİQQƏT

Bu gün Bakının avtomobil yollarında nəqliyyatın nisbi sıxlığı müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən xəbərə görə, hazırda Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzalın qarşısı, paytaxt istiqamətində) və Binəqədi şosesində (şəhər mərkəzi istiqamətində) sıxlıq müşahidə edilir.

Bundan əlavə, Ziya Bünyadov prospektində (yolun ancaq bir zolağından istifadə olunduğu üçün) avtomobillərin nisbi sıxlığı yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə