Bakı Şəhər İcra Hakimiyyəti iməclik keçirəcək

Bakı Şəhər İcra Hakimiyyəti iməclik keçirəcək

Bakı Şəhər İcra Hakimiyyəti may ayının 31-də saat 9:00-dan başlayaraq Şıxov çimərliyi yaxınlığındakı "Dostluq parkı"nda iməclik keçirəcək. İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, iməclik zamanı parkın ərazisində həmişəyaşıl ağac və dekorativ kol bitkiləri əkiləcək. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan idarə və departamentlərin əməkdaşları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə