Gəncə məktəblərində "Son Zəng" çalındı FOTO

Gəncə məktəblərində "Son Zəng" çalındı FOTO

Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində olan 46 orta ümumtəhsil məktəbindən 29-da son zəng tədbirləri keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 17 məktəbdə isə 6 günlük iş həftəsi olduğundan tədbir sabah təşkil olunacaq. Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən, son zəng məktəb daxilində keçirilməklə 4 saat davam edib. Gəncə şəhər Təhsil İdarəsindən verilən məlumata görə, bu il 2501 nəfər 11-ci sinfi, 2984 nəfər isə 9-cu sinfi bitirərək məzun adını qazanır. Son zəng tədbirləri zamanı şəhər ərazisində ictimai asayişin qorunması üçün polis gücləndirilmiş iş rejimində çalışır.

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, bu gün yollarda təhlükəsizlik tam təmin edilib və hər hansı bir neqativ hal qeydə alınmayıb.

"Tədbirləri saat 13-ə qədər məktəbdə keçirilir. Bununla əlaqədar olaraq şagirdlər və valideynlər maarifləndirilib. Saat 1-dən kütləvi tədbir sona çatdıqdan sonra məzunlar evə buraxılır. Tədbir iştirakçılarının sağlamlığını təmin etmək üçün Səhiyyə İdarəsinə məktubla müraciət etmişik və hər məktəbin qarşısında həkim briqadaları gücləndirilmiş iş rejimində çaılışır"- deyə, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov bildirib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə