"String ART" növü üzrə əsərlər nümayiş olunub

"String ART" növü üzrə əsərlər nümayiş olunub

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisində Memarlıq və İnşaat universitetinin tələbəsi Həbibə Hüseynzadənin "String ART" növü üzrə əsərlərinin nümayişi keçirilib. SİA-nın məlumatına görə, sərgidə YAP GB-nın sədr müavini Əli Pənahov, ofis əməkdaşları və fəal gənclər iştirak ediblər.

Sərgidə xanımların biçmə-tikmə, toxuma, rəsm, karikatura nümunələri, dizayner xanım Hüseynzadənin hazırladığı Azərbaycanın müxtəlif regionlarına aid milli geyimlər, xalçaçılıq sənətini nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubda bəzədilmiş gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq və qiymətli daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları məmulatlarından ibarət əl işi nümayiş olunub.

Adi tikiş saplarından yaradılmış kompozisiyalar sərgiyə gələnləri heyrətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə