Aytən Hüseynova: “I Avropa Oyunlarının siyasi əhəmiyyəti də böyükdür"
"İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına mühüm təsir edəcək". Bunu SİA-ya YAP Gənclər Birliyinin ofisinin koordinatoru Aytən Hüseynova deyib.
O, Azərbaycanda idmana dövlət səviyyəsində yüksək qayğı göstərildiyini bildirib: "Bu qayğının nəticəsidir ki, bu gün Azərbaycan idmançıları dünyanın ən yüksək səviyyəli turnirlərində qalib olaraq vətənə dönürlər. Eyni zamanda, ölkəmizdəki müasir idman infrastrukturu xüsusi diqqət çəkir. Bütün bunlar Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsini şərtləndirən amillərdir".
Aytən Hüseynova, həmçinin, Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin tez-tez təşkil olunmasının ölkəmizin müsbət imicini daha da yüksəltdiyini vurğulayıb: "Bakı-2015" ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi olduqca müsbət hadisədir. "Bakı-2015" ilk Avropa Oyunlarının iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də böyükdür. Yəni, bu tədbir Azərbaycanı dünyaya tanıtmaq üçün böyük fürsətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB