Gəncədə məcburi köçkünlər üçün yeni salınan qəsəbədə fasadı penoplastla örtülən binaların üzlüyü dəyişdirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Kəlbəcər rayon Mədəniyyət evində işlərə 3 gündür başlanılıb və burada 15 nəfər çalışır. Ümumi sahəsi 2 min kv/m olan 2 mərtəbəli binanın söküntü işləri başa çatıb. Binanın girişi, sağ və sol hissələri qranit mərmər, arxa hissəsi isə betonla suvanır. Kəlbəcər rayon icra hakimiyyətinin 4 saylı körpələr evi uşaq bağçasının binasında isə artıq iki gündür söküntü işləri aparılır. İki mərtəbəli binanın ümumi ərazisi 1500 kv/m-di. 12 nəfərin apardığı söküntü işləri 2 günə yekunlaşacaq. Sonra binanın üzü suvanaraq, rənglənəcək.
Qeyd edək ki, işlərin iyunda başa çatdırılması planlaşdırılır.
.jpg)
.jpg)

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB