“Karyerada İlk Addım-Məzun-2015” FOTO

“Karyerada İlk Addım-Məzun-2015” FOTO

Gəncə Dövlət Universitetində məzunların ixtisaslarına uyğun işlə təmin olunması üçün "Karyerada İlk Addım-Məzun-2015" adlı əmək yarmarkası keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yarmarkada 60-dan artıq müəssisə, təşkilat, şirkət və ümumtəhsil ocaqları tərəfindən 669 boş iş yeri çıxarılmışdı. 1400-dən artıq tələbə iştirak etdiyi yarmarkanın keçirilməsində məqsəd bu ilin və əvvəlki illərin məzunu olan tələbələrin təhsil aldıqları ixtisaslara uyğun işlə təmin olunmasıdır.

Əmək yarmarkası ilə yanaşı, universitet tələbələrinin əl işlərindən ibarət 100-ə yaxın rəsm əsərinin satış sərgisi də təşkil olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə